Azərbaycanda gənclər siyasəti ölkənin dövlət siyasətinin vacib tərkib hissəsinə çevrilib.Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Sankt-Peterburqda MDB-nin Gənclər parlamentlərarası forumunda çıxışı zamanı belə söyləyib.
“ Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti müxtəlifdir: təhsil, tərbiyə, sağlamlıq, gənclərin intellektual və əxlaqi inkişafı, asudə vaxtın təşkili, problemlərin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai siyasi və mədəni həyatında iştirak məsələləri”,- deyə S.Fətəliyeva “İnterfaks-Azərbaycan” agentluiyinə bildirib.
Parlamentari öz çıxışında müasir dünyanın çağrışlarını qəbul edən və siyasi proseslərdə fəal iştirak edən gənclərə dəstək göstərilməsinin vacibliyini qeyd edib.
MDB-nin Gənclər parlamentlərarası forumu MDB Parlamentlərarası Assambleya Şurası tərəfindən MDB Gənclər PA-nın təşəbbüsü ilə yaradılıb. Məqsəd gənclərin beynəlxalq əməkdaşlığını və parlamentarizmi inkişaf etdirmək , birlik ölkələri gənclərinin siyasi və mülki fəalllığını stimullaşdırmaqdır.
R.Babayev