Ankara Kobanini “İslam Dövləti” (İŞİD) qruplaşmasının işğalından azad etməyə gedən 200 İraqlı kürdə Türkiyə ərazisindən keçməyə icazə verib.
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə razılıq əldə edildiyini bildirib.Bu barədə Türkiyə KİV-ləri məlumat verib.
Bir gün əvvəl İraq Kürdüstanı parlamenti “peşmərgə” ( qeyri nizami kürd qoşunları-İF) dəstələrinin İŞİD-lə mübarizə aparmaq üçün suriyalı kürdlərə köməyə göndərilməsinə razılıq verib.
Iraq Kürdüstanı prezidenti Məsud Bərzaninin xaricdə olan “peşmərgə” döyüşçülərindən istifadə edilməsinə icazə vermələrinə dair müraciət parlamentə daxil olduqdan sonra parlamentin keçirdiyi təcili iclasda bu barədə qərar verilib.
İraq Kürdüstanın yarı hərbi qruplaşmaları ilk dəfə Suriya münaqişəsinə cəlb olunur.