Cümə axşamı Bakıda “Ford” markalı mikroavtobusla yük maşınının toqquçmasıl nəticəsində 20-yə yaxın insan yaralanıb .Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
“Qəza ilə əlaqədar olaraq Bakı şəhərinin xəstəxanalarına 12 nəfər yerləşdirilib, hazırda beş nəfər xəstəxanaya çatdırılmaq üzrədir”- deyə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş
həkiminin müavini Oqtay Şahmalıyev qeyd edib.
Onun sözlərinə görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır, hələ ki, ölüm faktı barədə məlumat yoxdur.
ANS telekanalının saytında verilən məlumata gpörə “Ford” markalı mikroavtobus yük maşını ilə tooquşaraq aşıb, ölən və yaralananlar var.
Digər KİV-lər iki nəfərin öldüyünü, 11 nəfərin yaralandığını yazırlar.
Hadisə Bakı-Qazax avtomobil yolunun paytaxtın Qaradağ rayonundan keçən ərazisində baş verib.
R. Babayev.A. Zeydullayeva