Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin Cənubi Qafqaza səfəri Avropanın Dağlıq Qarabağ probleminə, həmçinin Rusiya qazından asılılığa son qoyulmasında maraqlı olduğunu göstərir. “EU Business” nəşri belə hesab edir.
Avropa nəşri qeyd edir ki, Almaniya diplomatiyasının rəhbərinin Bakıya səfəri Parisdə keçiriləcək Qarabağa dair sammit ərəfəsində, o cümlədən Ştaynmayerin ABŞ-ın dövlət katibi Con Kerri ilə Berlində əsasən Ukrayna ilə bağlı apardığı danışıqlardan dərhal sonra baş tutub.
“Ştaynmayerin səfəri Moskvanın bu qış mövsümündə Avropaya qaz tədarükünü dayandıra bilməsi əndişəsi fonunda Rusiya və Ukrayna arasında qazın qiyməti ilə bağlı gərgin mübahisənin həlli kontekstində növbəti görüş kimi qiymətləndirilir”, - deyə nəşr qeyd edir.
F.Hüseynzadə