Pakistanın Kvetta şəhərində ən azı 10 nəfər döyüşçülərin iki hücumunun qurbanı olub. Bu barədə cümə günü Böyük Britaniyanın BBC teleradio korporasiyası məlumat verir.
Hücumlardan biri “Jamiat Ulema-e-Islam Fazl” partiyasının liderinin çıxışı zamanı baş verib. Döyüşçülərin hücumu nəticəsində 2 nəfər həlak olub, siyasətçi xəsarət almayıb.
Bundan başqa, naməlum şəxs şəhər bazarı yaxınlığında atəş açıb, nəticədə 6 nəfər həlak olub.