Azərbaycan qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinin təmin olunduğu demokratik dövlətdir. Bu sözləri Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev deyib.
“Avropa Konvensiyasının tətbiqi, onun qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi insan hüquq və azadlıqlarının və qanunun aliliyinin təmin edilməsinin demokratikləşdirilməsi şərtləri altında mümkündür”, - deyə o, cümə günü "İnsan hüquqları və əsas azadlıqlar haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
“Milli qanunvericilik Azərbaycan Respublikası Ali Məhkəməsinin üzərinə Avropa Məhkəməsinin ölkə ilə bağlı qərarından sonra milli məhkəmələrin qərarlarının yenidən araşdırılmasını həyata keçirmək vəzifəsini qoyur. Biz bu və ya digər qərarın nəzərdən keçirilməsinin ölkə qanunvericiliyinin və onun tətbiqi praktikasının təhlili ilə müşayiət olunması, məhkəmələrin təkrar səhvlərindən imtina olunması üçün Avropa Məhkəməsinin qərarlarına yaradıcı yanaşmağa xüsusi diqqət yetiririk",- deyə o bildirib.
R.Rzayev qeyd edib ki, Ali Məhkəmə həm milli hüququn və onun tətbiqi praktikasının inkişafına, həm də Avropa Konvensiyasının normalarının birbaşa tətbiqində ölkə məhkəmələrinə nümunə olmağa çalışır.
“Bu yolda İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ratifikasiyası və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının tanınması qanunauyğun mərhələ oldu. “Aydın məsələdir ki, ölkə qanunvericiliyinin tam yenilənməsi, yeni hüquq sisteminin qurulması və hüququn tətbiqi, xüsusilə məhkəmələrin fəaliyyətinin Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılması buna xidmət edib”, - deyə Ali Məhkəmənin sədri bildirib.
R.Babayev