Azərbaycan Dövlət Neft Şirkətinin N.Nərimanov adına NQCİ-nin meydançasında baş verən qəza ilə bağlı cinayət işi başlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Son məlumatlara görə, dünən baş verən insident nəticəsində 3 nəfər həlak olub, dənizə düşən 4-cü şəxsin axtarışı davam etdirilir.
F.Hüseynzadə