SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Eldaroyuğu” strukturunda kəşfiyyat-qazma işlərinə başlayıb. Bu barədə şirkətin saytında məlumat verilir.
Hazırda SOCAR “Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” çərçivəsində neft və qaz hasilatının artırılması üzərində işləyir.
Bu məqsədlə Samux rayonunda yerləşən “Eldaroyuğu” sahəsində 1 nömrəli struktur-axtarış quyusunda qazma işləri aparılır.
Məlumatda bildirilir ki, sahənin məhsuldarlıq ehtimalı böyükdür və burada bir sıra kəşfiyyat quyularının qazılması planlaşdırılır.
Hazırda “Eldaroyuğu” sahəsində 2D seysmik kəşfiyyat və qravimaqnitometrik işlər yekunlaşıb, alınmış materialların emalına başlanılıb.
Bu strukturda quyunun qazma işlərinin 2015-ci ilin yanvar ayında başa çatması gözlənilir.
A.Əzizov