2014-cü il oktyabr ayının əvvəlinə “Azərsu” ASC-nin abunəçilərinin 62,5%-i fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Bu barədə ASC-nin məlumatında deyilir.
Bakı şəhəri üzrə bu göstərici 78,3% təşkil edir.
ASC-nin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında 159 min nəfər fasiləsiz içməli su ilə təmin edilib ki, onların da 108 min nəfəri regionlarda yaşayır.
Hazırda “Azərsu” ASC 1 mln. 309 min abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir.
A.Axundov