Braziliya prezidenti Dilma Ruseff səslərin 51,45%-ni toplayaraq yeni müddətə bu posta seçilib. Bu barədə Böyük Britaniyanın BBC teleradioyayım korporasiyası Braziliyanın Seçki məsələləri üzrə Ali məhkəməsinə istinadən məlumat verib.
D.Ruseffin rəqibi, sağ mərkəzçi Esio Neves seçicilərin 48,55% səsini toplayaraq ikinci mərhələdə ona uduzub.