Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin Serbiya üzrə məruzəçisi kimi Belqradda səfərdədir.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, səfər oktyabrın 29-na qədər davam edəcək.
Milli Məclisin deputatları Rafael Hüseynov və Elxan Süleymanov isə AŞPA-nın Hüquqi işlər və insan hüquqları Komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 28-dən noyabrın 1-dək Madrid şəhərində səfərdə olacaqlar.
R.Babayev