Bazar ertəsi Bişkek şəhərində Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası öz işinə başlayır.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə iştirak etmək üçün Qırğızıstanda səfərdədir.
Tədbirdə Türk Akademiyasının gələcək fəaliyyətinə dair tövsiyələr, iqtisadi sahədəki əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsi, Türk Şurasına üzv ölkələrin diasporalarının Regional mərkəzlərinin yaradılması, şuranın gələcək iş planı və digər mövzularda fikir mübadiləsi aparılacaq.
R.Babayev