5-6 noyabr tarixlərində Bakıda III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçiriləcək.
III Bakı Beynəlxalq Teatr Konfransına ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, İsrail, Küveyt, Makedoniya, Oman, Suriya, Finlandiya, Bəhreyn, Avstriya, Hindistan, İraq, İran, Litva, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Rumıniya, Kolumbiya və s. ölkələrdən nümayəndələr qatılacaq.
Dünya teatr sənətinin müasir problemləri elmi müstəvidə təhlil olunacaq, mütəxəssislər fikirlərini bölüşəcəklər.
Tədbir çərçivəsində "Müasir teatrşünaslıq" (akademik Nelli Korniyenko, Ukrayna), "Rejissor və aktyor sənəti" (Paddi Kannin, Böyük Britaniya), "Səhnəqrafiya" (İosif Yuçupov, ABŞ və Luis Yansen, Hollandiya) mövzularında treninqlər keçiriləcək, fikir mübadiləsi aparılacaq.
A.Zeydullayeva