Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına $190 mlrd.-dan çox sərmayə qoyulub. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bazar ertəsi Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA)
investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik konfransında çıxışı zamanı bildirib.
“Azərbaycan əhalinin hər nəfərinə düşən birbaşa xarici investisiyalara və ÜDM-ə nisbətdə birbaşa xarici investisiyalara görə dünyada və MDB-də lider mövqe tutur”,- deyə N.Səfərov qeyd edib.
O deyib ki, Azərbaycanın strateji valyuta ehtiyatları $53 mlrd.-a çatıb, xarici borc ÜDM-ə nisbətən 8% təşkil edir.
“Son 10 ildə Azərbaycan 2 min MVt-dən çox əlavə enerji gücü yaradıb”, - deyə o vurğulayıb.
A.Axundov