2014-cü ilin əvvəlindən Azərbayanda 2,534 min sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Cari ildə Bakı Uşaq Bərpa Mərkəzində 2,199 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində 250 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa stasionar və ambulator qaydada bərpa-müalicə xidməti göstərilib.
Həmçinin qeyd olunan müddətdə 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq valideynləri ilə birlikdə Latviya Respublikasına bərpa-müalicəsinə göndərilib.
R.Babayev