Əfqanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Tağı Xəlili iki həftə ərzində diplomatik fəaliyyətə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə Əfqanıstanın Bakıdakı səfirliyindən məlumat verilib.
M.Xəlili yeni təyinata qədər Əfqanıstanın BMT-dəki daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.
F.İsazadə