Noyabr ayında Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bolqarıstanın diplomatik mənbələrindən məlumat verilib.
M.Popovanın səfərinin məqsədi 19-21 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzv və tərəfdaş ölkələrinin Assambleyasının III sessiyasında iştirak etməkdir.
Səfər çərçivəsində onun Azərbaycanın rəsmi şəxsləri ilə görüşü gözlənilir.
F.İsazadə