“Azərbaycan Hava Yolları” QSC (AZAL) dekabrın 9-dan etibarən Bakı-Tel-Əviv-Bakı marşrutu ilə reyslərin sayını həftədə 2 dəfəyə qədər artırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Bakıdan uçuş çərşənbə axşamı saat 09:35-də, Tel-Əvivdə eniş 11:00-da (yerli vaxtla), Tel-Əvivdən uçuş saat 22:30-da, Bakıda eniş 04:00-da (yerli vaxtla) həyata keçiriləcək.
Hazırda Bakı-Tel-Əviv-Bakı marşrutu üzrə biletlərin qiyməti 379 avro təşkil edir. Reyslər bazar günləri həyata keçirilir.
A.Əzizov