Bakının Nizami rayonunda yataqxanaların birində partlayış baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından məlumat verilib.
“Partlayış nəticəsində 3 nəfər xəsarət alıb, onlardan 2 nəfərə yerindəcə yardım göstərilib. Bir qadın isə xəstəxanaya yerləşdirilib”, - deyə Təcili və Tibbi Yardım Stansiyasının baş həkiminin
müavini Oqtay Şahmalıyev bildirib.
Onun sözlərinə görə, qadınların hər üçü yanğın nəticəsində yanma məhsullarından zəhərləniblər.
“Xəstəxanada olan qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir”, - deyə o əlavə edib.
A.Zeydullayeva