Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) həyat sığortası üzrə fəaliyyət göstərəcək yeni komitə yaradılıb. Bu barədə ASA-nın məlumatında bildirilir.
Hazırda Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşmış 3 şirkət fəaliyyət göstərir.
“Hər bir şirkət komitədə iki nümayəndə ilə təmsil olunacaq. Komitənin rəhbəri “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov təyin edilib”, - deyə məlumatda qeyd edilir.
Komitənin bu həftə keçiriləcək ilk iclasında həyat sığortası bazarında cari vəziyyət və bazarın bu seqmentinin inkişaf perspektivləri müzakirə olunacaq.
A.Əzizov