Ötən həftə Azərbaycan polisi axtarışda olan 64 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (20-26 oktyabr) baş vermiş bədbəxt hadisələr nəticəsində 9 nəfər həlak olub, 27 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 2 intihar hadisəsi qeydə alınıb.
Bundan başqa, 7 nəfər qətldə, 8 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 36 nəfər oğurluqda, 11 nəfər qarətdə, 15 nəfər avtomobil qaçırmaqda, 6 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 3 fakt qeydə alınıb.
C.Həmidov