Oktyabarın 30-31-də Bakıda Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçiriləcək.
Forum Avropa Şurasının Avropa Mədəni Marşrutlar İnstitutu (Lüksemburq) və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziriliyi ilə birgə təşkil olunacaq.
Forumda Avropa Şurasının 29 mədəni marşrutunun təqdimatı, təcrübə mübadiləsinin aparılması, eləcə də tədbir çərçivəsində keçiriləcək seminarlarda mövcud problemlərin müzakirəsi gözlənilir.
A.Zeydullayeva