Bakı məktəbliləri Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rus rəssamı Abram Arxipovun yaradıcılığı ilə tanış olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Bakda RİMM-in “Rus muzeyi: virtual filial” İnformasiya-Təhsil
Mərkəzində “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində sənətşünas Cavad Quliyev və gənc yazıçı Zibər Rzayeva növbəti mühazirə keçiriblər.
Bu dəfə onlar Bakı məktəblərinin şagirdlərinə XIX əsrin sonu – ХХ əsrin əvvəllərində fəaliyyət göstərmiş rus rəssamı, Rusiya Sovet Federativ Sosialist Respublikasının xalq rəssamı Abram Arxipovun (Pırikov) yaradıcılığı barədə məlumat veriblər. Rəssam öz əsərlərində kəndlilərin ağır həyatını və rus təbiətinin gözəlliyini təsvir edib.
Mühazirə dinləyicilərinə A.Arxipovun əsərlərindən ibarət reproduksiyalar nümayiş olunub, rəssam barədə sənədli film göstərilib.
Abram Yefimoviç Arxipov (Pırikov) - rus rəssamı, janrist, portretçi, mənzərəçi, RSFSR-in xalq rəssamı adına ilk layiq görülənlərdən biridir. Rəssamın əsərləri Dövlət Tretyakov Qalereyası, İ.P.Pojalostin
adına Ryazan Dövlət Vilayət Bədii Muzeyi, Soçi Bədii Muzeyi və Rusiyanın digər muzeylərində təqdim edilib.
A.Zeydullayeva