Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Əşrəf Şıxəliyev BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMT İP) direktor müavini və BMT İP-nin Siyasət və Proqramlara Dəstək İdarəsinin rəhbəri Maqdi Martinez-Solimanla görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı AİDA və BMT İP arasında həyata keçirilən birgə layihələr müzakirə edilib, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və peşəkar kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.
Y.Əliyev