7-8 noyabr tarixlərində Bakıda “Bakıfilekspo-2014” IV Milli filateliya sərgisi keçiriləcək. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında qeyd edilir.
Sərginin təşkilatçıları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərmarka” şirkəti və Azərbaycan Filatelistler İttifaqıdır (AFİ).
Sərgi çərçivəsində “Azərmarka” şirkəti və “Num.az” MMC-nin köşkləri fəaliyyət göstərəcək, filateliya və numizmatika üzrə aksessuarların satışı təşkil olunacaq.
A.Əzizov