ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik dünən Fransa prezidentinin vasitəçiliyi ilə Parisdə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrindən razıdır.
“Düşünürəm ki, Azərbaycan və Ermənistan prezidentləri razılaşarlar ki, Paris sammiti müsbət addım olub. Ollanda təşəkkürlər”, - deyə C.Uorlik özünün “Twitter” səhifəsində yazıb.
Parisdə keçirilən danışıqlarda Azərbaycan və Ermənistan prezidentləri itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin aparılmasına dair razılığa gəliblər.
F.Hüseynzadə