Azərbaycanın bank sektorunda problemli kreditlərin xüsusi çəkisi 6%-dən aşağıdır. Bu barədə jurnalistlərə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“Başqa ölkələrlə müqayisədə bu, çox aşağı göstəricidir”, - deyə E.Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, banklar problemli kreditlərin 80%-i üzrə zəruri ehtiyatlar yaradıblar.
“İstehlak kreditləri portfelində problemli kreditlərin payı yüksəkdir, lakin banklar öz gəlirləri hesabına ehtiyatlar formalaşdırırlar və bu kreditlər onlar üçün problem yaratmır”,- deyə E.Rüstəmov qeyd edib.
A.Axundov