Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyənin Xarici İşlər Nazirliyi 3-5 noyabr tarixlərində Azərbaycanda “Türkiyə həftəsi” təşkil edəcəklər. Bu barədə SAM-ın mətbuat xidmətindən məlumat verilib.
Həftə çərçivəsində “Azərbaycan-Türkiyə münasibətlərində siyasi təhlükəsizliyin aspektləri” və “Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər və onların regionun iqtisadi gələcəyinə təsiri” mövzularında tədbirlər təşkil olunacaq.
Tədbirlərdə Azərbaycan və Türkiyənin beyin mərkəzlərinin, Türkiyənin ali məktəblərinin nümayəndələri, deputatlar və nazirliklərin əməkdaşları çıxış edəcəklər.
R.Babayev