Oktyabrın 30-da Bakıda V Avropa Film Festivalının açılışı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən məlumat verilb.
Festivalda Aİ-yə üzv olan 16 ölkədən filmlər nümayiş olunacaq.
Festivalda Azərbaycanla yanaşı, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya və İsveç kinematoqrafçılarının işləri təqdim ediləcək.
Filmlər komediya, dram, sənədli film və animasiya janrlarındadır.
"Park Cinema" kinoteatrında hər bir film həftə günlərində iki sessiya, həftə sonunda isə bir sessiya ilə nümayiş etdiriləcək. Giriş pulsuzdur.
Festival noyabrın 9-dək davam edəcək.
A.Zeydullayeva