Şri-Lankanın cənub-qərbində yerləşən Badulla dairəsində torpaq sürüşməsi nəticəsində ən azı 16 nəfər həlak olub, 300-dən artıq şəxs itkin düşüb. Bu barədə çərşənbə günü Qərb mətbuatı xəbər verir.
Hadisə yerində xilasedicilər və hərbçilər işləyir.
“Çox vaxt torpaq sürüşmələri ilə nəticələnən yağışlar mövsümü Şri-Lankada oktyabr ayından dekabr ayına qədər davam edir”, - deyə “Associated Press” qeyd edir.