Müdafiə Nazirliyi Şəmkirdə "Əsgər şöhrəti" bayramı keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Biz bu tədbirlə bir daha düşmənlərimzə mesaj göndəririk ki, Azərbaycan xalqının və Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş və vətənpərpərlik ruhu yüksəkdir”, – deyə Müdafiə Nazirliyinin Mənəvi Psixoloji Hazırlıq və İctimayyətlə Əlaqələr Şöbəsinin rəis müavini Abdulla Qurbani bildirib.
Şəmkirdəki bayraq meydanında keçirilən tədbirdə qeyd edilib ki, İkinci Dünya müharibəsi zamanı 15 mindən çox şəmkirli döyüşlərə qatılıb. Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə isə Şəmkir rayonundan 269 nəfər şəhid olub.
Bakı şəhəri və bir neçə rayonun Veteranlar Şurası sədrləri isə tez-tez atəşkəsin pozulduğu Tovuz rayonunun Ermənistanla həmsərhəd kəndlərində olublar. Onlar əsgərlərin xidmət şəraiti ilə maraqlanıblar, döyüş postundakı əsgər və zabitlərlə görüşüblər və onlara öz məsləhətlərini veriblər.
F.Mehdiyev