Azərbaycan Avropa Şurası ilə birlikdə regional turizmlə bağlı yeni layihələr işləyib hazırlayır. Bu barədə cümə axşamı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
“Bu gün biz regional turizmin inkişafına diqqət ayırırıq, bu, xüsusən Qafqaz dağlarında yerləşən tarixi abidələrə aiddir. Biz Türkiyə, Gürcüstan və Rusiya ilə birgə marşrutlar işləyib hazırlamışıq. Layihə artıq hazırdır, biz indi onun təqdimatını keçirməyə başlayacağıq”,- deyə nazir qeyd edib.
O əlavə edib ki, Avropa Şurası ilə birgə “Aleksandr Düma” və “Şərab yolu” marşrutlarının layihələri üzrə işlər gedir.
“Biz hesab edirik ki, paleolit dövrünün abidə-rəsmləri ilə bağlı layihəni də tez bir zamanda Avropa Şurasının proqramına daxil etmək lazımdır”, - deyə Ə.Qarayev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanın hər bir regionunun öz turizm potensialı var.
A.Zeydullayeva