Cümə axşamı prezident İlham Əliyevin Xorvatiyanın baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiç ilə görüşündə enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Tərəflər bununla əlaqədar “Cənub” qaz dəhlizinin əhəmiyyətini vurğulayıb, ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə ediblər.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev