Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev QDİƏT PM-in Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin işçi qrupunun iclasında iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, bu məqsədlə deputat noyabrın 2-dən 5-dək Türkiyədə səfərdə olacaq.
Tədbirdə QDİƏT-in Beynəlxalq katibliyinin Əsasnaməsinə və qurumun Reqlamentinə təklif olunan düzəlişlərə baxılacaq.
R.Babayev