SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Çeylaxtarma-Nardaranaxtarma” sahəsində 2D seysmik kəşfiyyat işlərini 2015-ci ilə qədər başa çatdırmağı planlaşdırır. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
“Şamaxı-Qobustan” neftli-qazlı rayonunda yerləşən sahədə işlər “Çeylaxtarma-Nardaranaxtarma” sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.
Hazırda həmin sahədə işlərin 50%-dən artıq hissəsi yerinə yetirilib, qravimaqnitometrik ölçü işləri başa çatdırılıb.
“Seysmik-kəşfiyyat işlərinin də bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.