Latviya Respublikasının baş naziri Laymdota Strauyuma Caspian Energy International Media Group-un oxucularını və redaksiya heyətini Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi altında Əsrin müqaviləsinin bağlanmasının 20 iilik yubileyi və Caspian Energy jurnalının dünya informasiya bazarında 15 illik fəaliyyəti ilə əlaqədar təbrik edib.
Ümumilli Lider Heydər Əliyevin sayəsində Əsrin neft müqaviləsi bağlanıb, Azərbaycan iqtisadi müstəqillik əldə edərək, dünya iqtisadiyyatına inteqrasiya edib.
«Mən Azərbaycanın prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm», -
deyə, Laymdota Strauyuma bildirərək, qeyd edib ki, «Azərbaycanın prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində, bu gün baltikyanı regionda iri layihələr gerçəkləşir, biznes mühiti inkişaf edir», - Latviya baş nazirinin bəyanatında deyilir.
«Azərbaycan və Latviya respublikaları arasında qurulmuş münasibətlər uğurla inkişaf edir. Azərbaycan və Latviya arasındakı münasibətlər bütün sahələrdə inkişaf edib. Xüsusi ilə, bu gün Latviya regional və Avropa inteqrasiyasına cəlb olunub, regional forum və layihələrdə fəal iştirak edir, “Şərq Tərəfdaşlığı” ölkələrinin səylərini dəstəkləyir. “Şərq Tərəfdaşlığı” Avropa Birliyinin təşkil etdiyi layihədir. Layihənin əsas məqsədi - Avropa Birliyinin Azərbaycan da daxil olmaqla, layihədə olan 6 ölkə ilə oxşarlığıdır», - deyə, o bildirib.
«Səmimi qəlbdən Sizin oxucularınızı 15 illik yubileyiniz münasibəti ilə təbrik edirəm», - deyə, Laymdota Strauyuma qeyd edib.
«Mən Caspian Energy jurnalına gələcəkdə uğurlar, sülh, tərəqqi və inkişaf arzu edirəm», - deyə, Latviya Respublikasının baş naziri Laymdota Strauyuma bildirib.
Latviya Respublikasının baş naziri Laymdota Strauyuma ilə eksklyuziv müsahibəni Caspian Energy jurnalının növbəti saylarının birində oxuya bilərsiniz.
Caspian Energy jurnalının 2014-cü ildə dərc olunan saylarında Bolqarıstan Respublikasının baş naziri Plamen Oreşarski, İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter, Çexiya Respublikasının prezidenti Miloş Zeman, Xorvatiya prezidenti İvo Yosopoviç, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müsahibələr yer alıb.
Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı xəzər-qaradəniz və baltik regionlarının 5 ən yaxşı nəşrlər siyahısına daxil olunub. Eyni zamanda, Caspian Energy xəzə-qaradəniz və baltik regionlarında investorların fəaliyyətinin müəyyən olunmasında bələdçi rolunu oynayır.
Əlavə məlumat almaq üçün müraciət edin:
Telefon/Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;