Azərbaycan Finlandiyaya hökumətlər arasında aqrar sahədə əməkdaşlığa dair saziş imzalamağı təklif edir. Bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Finlandiyanın Azərbaycandakı səfiri Krister Mikelssonla görüşü zamanı bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd edilir ki, Azərbaycan Finlandiyaya heyvan yemi, həmçinin bitki mühafizəsi və baytarlıq preparatları istehsal edən müştərək müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsi, aqrar sahədə tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, müvafiq idarələr arasında təcrübə mübadiləsinin aparılması və s. təkliflər irəli sürüb.
Nazir müavini qeyd edib ki, bu günə kimi Finlandiyadan Yaponiya qrantı hesabına 800-ə yaxın “Sampo Rosenlyu” taxılyığan kombaynı alınıb və bu sahədə əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.
A.Axundov