Gələn il Bakıda keçiriləcək Avropa Oyunları həm Azərbaycanda çoxlu sayda iş yerlərinin açılmasına kömək edəcək, həm də bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək. Bu fikirləri “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Fransanın vətəndaş cəmiyyətinin fəallarından biri, “Hexanet” şirkətinin meneceri Cemel Qezal səsləndirib.
“Oyunların Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatının necə sürətlə inkişaf etdiyini növbəti dəfə nümayiş etdirəcək. Postsovet ölkələrinin heç də hamısı belə güclü inkişafa malik deyil”, - deyə o qeyd edib.
Qarabağ probleminə toxunan C.Qezal vurğulayıb ki, Ermənistan qoşunları işğal altında olan Azərbaycan ərazilərndən çıxmalıdır. O, həmçinin Bakının bu problemi sülh yolu ilə həll etmək niyyətini alqışlayıb.
“Mən hesab edirəm ki, dünyanın müxtəlif hissələrində müharibələrin alovlandığı bir zamanda Azərbaycan prezidenti bu problemi diplomatik yolla həll etmək üçün çox səy göstərib”,- deyə o qeyd edib.
F.Hüseynzadə