Gəncə şəhərində respublika üzrə sayca 57-ci əmək yarmarkası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Yarmarkada iş axtaran 1000-dən artıq vətəndaşa 66 idarə, müəssisə və təşkilat 400-dən çox vakant yer təklif edib. İş yerlərindən 230-nu dövlət, 183-nü isə özəl müəssisə təşkil edib. Boş iş yerlərindən 159-u fəhlə, 124-ü qulluqçu, 130-u isə xidmət yerləridir. Təqdim olunan iş yerləri üçün əmək haqqının məbləği minimum 104 manat, maksimum 695 manat olub.
Yarmarkada 250 nəfər işsiz vətəndaş idarə, müəssisə və təşkilatlara göndəriş alıb.
F.Mehdiyev