Azərbaycan alimləri İranın Kərəc şəhərində keçirilmiş “Dekorativ Bitkilər üzrə I Milli Qurultay”da iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Tədbir İranın Kənd Təsərrüfatı Biotexnologiyası Elmi Tədqiqat İnstitutu tərəfindən təşkil olunub. Azərbaycanı qurultayda Mərkəzi Nəbatat Bağının “Çiçəkçilik” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov və həmin laboratoriyanın elmi işçisi Ofeliya Qafarova təmsil ediblər.
Azərbaycan alimləri “Azərbaycan bağ qızılgüllərinin introduksiyası və seleksiyası” mövzusunda məruzə ilə çıxış ediblər.
Qurultayda ölkəmizlə yanaşı, Türkiyə, Hollandiya, Yaponiya və başqa ölkələrin mütəxəssisləri də iştirak ediblər.
A.Zeydullayeva