SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti “Neft Daşları” yatağında yeni quyunun qazma işlərinə başlayıb. Bu barədə şirkətin saytında məlumat verilib.
2604 nömrəli quyunun qazma işləri 2585 nömrəli platformadan həyata keçirilir. Quyunun layihə dərinliyi 2250 metrdir. Quyu Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılacaq.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
A.Əzizov