Mərkəzi Seçki Komissiyası (MSK) cümə günü keçirilən növbəti iclasda Aydın Mirzəzadəni hakim Yeni Azərbaycan Partiyasının MSK-dakı məşvərətçi səs hüquqlu üzvü qismində təsdiq edib.
A.Mirzəzadə YAP-ın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatıdır.
Bundan başqa, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.
İclasda, həmçinin bir sıra dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər də qəbul edilib.
R.Babayev