2014-cü il oktyabrın 1-nə Azərbaycan banklarında əhalinin əmanətləri 6 mlrd. 959,7 mln. manat təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 8,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Bununla yanaşı, 2014-cü ilin sentyabr ayında banklarda əhalinin əmanətlərinin həcmi 0,5% azalıb.
AMB-nin məlumatına görə, yanvar-sentyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 13,7% - 4 mlrd. 421,1 mln. manata qədər artıb (bütün əmanətlərin 63,5%-i).
Hesabat dövründə əhalinin xarici valyutada əmanətlərinin həcmi 1,2% - 2 mlrd. 538,6 mln. manata qədər artıb (bütün əmanətlərin 36,5%-i).
AMB-nin məlumatına görə, 2014-cü il oktyabr ayının 1-nə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 329,5 mln. manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi isə 630,2 mln. manat təşkil edir. Bununla yanaşı, hesabat dövründə rezidentlərin əmanətləri 12,6% artıb, qeyri-rezidentlərin əmanətləri isə 18,7% azalıb.
Oktyabrın 1-nə Azərbaycan banklarında əmanət və depozitlərin həcmi 14 mlrd. 531,5 mln. manat təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 16,5% çoxdur.
A.Axundov