Noyabrın 5-də Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
Biznes forum Acarıstan Muxtar
Respublikasının iqtisadiyyat və maliyyə naziri Davit Baladzenin Azərbaycana səfəri çərçivəsində keçiriləcək.
Biznes forumda tikinti və turizm sahələrini təmsil edən Azərbaycan və Gürcüstan şirkətləri iştirak edəcək.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Axundov