Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev QDİƏT PM-in Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin işçi qrupunun iclasında iştirak etmək məqsədilə Türkiyədə səfərdədir.
Milli Məclisin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata əsasən, iclas bazar ertəsi öz işinə başlayır və noyabrın 5-də başa çatacaq.
Tədbirdə QDİƏT-in Beynəlxalq katibliyinin Əsasnaməsinə və qurumun Reqlamentinə təklif olunan düzəlişlərə baxılacaq.
R.Babayev