Milli Məclisin deputatı Sahibə Qafarova bazar ertəsi Vyanada Azərbaycan və Avstriya arasında məişət zorakılığının qarşısının alınması sahəsində təcrübə mübadiləsi məqsədi ilə təşkil edilən seminarda iştirak edir. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Tədbir “Məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasına dəstək” layihəsi çərçivəsində həyata keçirilir.
Seminarda məişət zorakılığının qarşısının alınması və qadın hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, insan alveri ilə mübarizə üsulları, bu sahədə xüsusi mexanizmlərin yaradılması barədə qarşılıqlı fikir mübadiləsi aparılacaq.
S.Qafarovanın Vyanaya səfəri noyabrın 8-dək davam edəcək.
R.Babayev