Təhsil Nazirliyi bu ilin sonuna qədər elektron dərslik portalında daha 20 dərslik yerləşdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərsliyin portalda yerləşdirilməsi nəzərdə tutulur.
Bu günə qədər portaldan istifadə edənlərin ümumi sayı 3745 nəfər, o cümlədən Bakı şəhəri üzrə 2000 nəfər, Sumqayıt şəhəri üzrə 265 nəfər, Gəncə şəhəri üzrə 97 nəfər təşkil edir.
Portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur.
Hazırda daha çox Azərbaycan dili (746 nəfər), riyaziyyat (646), biologiya (597) və ingilis dili (521) elektron dərsliklərindən istifadə olunur.
Bu sistem məktəblilərin elektron dərsliklərin istifadəsində mobilliyinin yüksəldilməsinə xidmət edir.
A.Zeydullayeva