Noyabrın 5-də saat 12:00-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun Ali Radaya keçirilmiş seçkilərin nəticələrinə, Ukrayna-Azərbaycan münasibətlərinin gələcək inkişafına və Ukraynadakı mövcud siyasi vəziyyətə həsr olunmuş mətbuat konfransı keçiriləcək.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07