Azərbaycanın hüquq-mühafizə orqanları Suriyadakı terrorçu qruplara qoşulmaq məqsədilə ailəsi ilə ölkəni tərk etmək istəyən Şəki rayon sakini Rahim Hacıyevi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Məlumatda deyilir ki, R.Hacıyev həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satmaq adı ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlətdikdən sonra həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyərkən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
R.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.
R.Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib
R.Babayev