Prezident İlham Əliyev bazar ertəsi Avstriyanın səfiri Silvia Mayer Kaybiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Tərəflər iqtisadi əlaqələrin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edərək, Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində Avstriya şirkətlərinin səmərəli fəaliyyətini vurğulayıblar.
R.Babayev